Bu şəhərin Baş planı hazırlanacaq

Şamaxı şəhərinin Baş planının hazırlanmasına başlanılır.

Day.Az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, komitə hazırda şəhərin baş planının hazırlanması üzrə tender elan edib.

Bildirilib ki, təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Xüsusi vurğulanıb ki, təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

"Müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır. Portal vasitəsi ilə aparılan məlumat mübadiləsi qanunvericilik tələblərinə uyğun olaraq 3-cü tərəflərə açıqlanmır", - məlumatda qeyd edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şamaxı şəhərinin baş planının hazırlanmasının 981,8 min manata başa gələcəyini proqnozlaşdırıb.