Milli Məclisdə beynəlxalq parlament konfransı keçirilib

Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, konfrans "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunub.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparıblar.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatının təmsilçiləri iştirak edib.