Azərbaycanla Çinin Sian şəhəri arasında birbaşa hava əlaqəsi yaradıla bilər
Azərbaycanla Çinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Day.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
O bildirib ki, müzakirələr Çinin Sian şəhərinin meri Ye Niupinqlə görüşdə aparılıb.
"Görüş zamanı ölkələrimiz, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılmasına qərar verilib", - paylaşımda qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре