Hər kəs öz keçmişinə baxsın - Səidədən xalasına sərt sözlər
"Xahiş edirəm ki, mənim yanımda elə insanların adını çəkməyin. Çünki o adda insanları tanımıram və tanımaq istəmirəm".
Day.Az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova xalası Lalə Dadaşova barədə deyib.
O, "Elgizlə izlə" proqramında xalasının ünvanına sərt ifadələr işlədib: pizza
"Bir insan ki, xala olaraq sosial şəbəkədə bilib-bilmədən mənə ağzına gələni yazır... Lap mən nəyisə səhv demişəm. Xala olaraq mənə zəng et və soruş ki, nə olub?
Sosial mediada yazır ki, beləsən, eləsən. Hər kəs öz keçmişinə baxsın. Mənə heç kim ailə nümunəsi göstərməsin. Mənə ancaq anam zəng vurub nəsə deyə və ya yaza bilər. Anamla aramdakı söhbətə də heç kim qarışa bilməz. Yalnız atam məsələyə müdaxilə edə bilərdi. Bu, ana-bala arasındadır, özüm bilərəm. O mənə deyər, ya da mən ona.
Bir dəfə məndən danışanda, 5 dəfə özlərindən danışsınlar. Hər kəs öz aynasına, çevrəsinə baxsın. Elə sözlər var ki, onları desəm... Mən hələ böyüklüyümü göstərirəm".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре