https://news.day.az/azerinews/1792372.html
Azərbaycanda 163,4 ton alma məhv ediləcək - RƏSMİ SƏBƏB
"Fueqo" MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulunda uyğunsuzluq aşkarlanıb. Bu barədə Day.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.
Azərbaycanda 163,4 ton alma məhv ediləcək - RƏSMİ SƏBƏB
"Fueqo" MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Day.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.
Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.
Məhsul partiyaları Türkiyənin idxal tələblərinə, o cümlədən Azərbaycanda qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре