İstehlaka yararsız məhsullar xüsusi poliqonda məhv edilib - AQTA
                                
                                Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" vasitəsilə San-Marino mənşəli "Special Frutta" əmtəə nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkarlanması barədə məlumat daxil olub.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Day.Az-a verilən məlumata görə, həmin məhsulu ölkəyə idxal edən "Virtus Commerce" MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandankənar yoxlama aparılıb.
Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkarlanıb və həmin məhsulların məhv edilməsi barədə qərar qəbul olunub. Fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi "Təmiz Şəhər" ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре