https://news.day.az/azerinews/1793217.html
ABŞ-da yük təyyarəsi qəzaya uğradı - 7 ölü, 11 yaralı - VİDEO
ABŞ-ın Kentukki ştatında ağır aviasiya qəzası baş verib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, UPS-ə məxsus MD-11 tipli yük təyyarəsi Luisvilldəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində ən azı 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
ABŞ-da yük təyyarəsi qəzaya uğradı - 7 ölü, 11 yaralı - VİDEO
ABŞ-ın Kentukki ştatında ağır aviasiya qəzası baş verib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, UPS-ə məxsus MD-11 tipli yük təyyarəsi Luisvilldəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində ən azı 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Kentukki qubernatoru Endi Beşir hadisə ilə bağlı açıqlamasında ölənlərin sayının artma ehtimalını istisna etməyib:
"Hazırda yeddi nəfərin öldüyü, 11 nəfərin yaralandığı təsdiqlənib. Təəssüf ki, qurbanların sayının artacağını gözləyirik" .
UPS 2976 reysinin qəzaya uğrama səbəbləri hələlik məlum deyil.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре