https://news.day.az/azerinews/1793794.html
Təranə Səmədova azadlığa çıxır?
Prodüser Təranə Səmədovanın cəza müddəti azaldılıb. Day.Az "Yeni Sabah"-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı aparıcı Lalə Azərtaş "Təsir dairəsi" proqramında danışıb. O bildirib ki, T.Səmədovanın azadlığa çıxması üçün yenidən məhkəməyə müraciət edəcəklər: "Təranə Səmədova yenidən həbsxanaya qayıtdı.
Təranə Səmədova azadlığa çıxır?
Prodüser Təranə Səmədovanın cəza müddəti azaldılıb.
Day.Az "Yeni Sabah"-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı aparıcı Lalə Azərtaş "Təsir dairəsi" proqramında danışıb.
O bildirib ki, T.Səmədovanın azadlığa çıxması üçün yenidən məhkəməyə müraciət edəcəklər:
"Təranə Səmədova yenidən həbsxanaya qayıtdı. Amma bu o demək deyil ki, uduzduq. Təranənin həbs müddəti azaldıldı. 6 illik həbs müddəti 5 ilə salındı. Amma bundan da yaxşı olacaq. Təranə yaxın günlərdə azadlığa çıxa bilər".
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il müddətində azadlıqdan məhrum edilmişdi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре