https://news.day.az/azerinews/1793920.html "İnter" ingiltərəli müdafiəçini transfer etmək istəyir "Aston Villa"nın müdafiəçisi Ezri Konsa karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Day.Az İtaliya KİV-ə istinadən xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir.

"İnter" ingiltərəli müdafiəçini transfer etmək istəyir

Azərbaycanca, 7 ноября 2025 19:05 (UTC +04:00) 368
"İnter" ingiltərəli müdafiəçini transfer etmək istəyir

"Aston Villa"nın müdafiəçisi Ezri Konsa karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Day.Az İtaliya KİV-ə istinadən xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir.

 

A Seriyası nəhəngi Konsanı qışda heyətinə qatmağı planlaşdırır. "İnter"in 28 yaşlı mərkəz müdafiəçisinin keçidini 35 milyon avroya yekunlaşdıracağı bildirilir.

Qeyd edək ki, "Aston Villa" Ezri Konsanı 2019-cu ilin yayında "Brentford"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda meydana çıxıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости