Rəşad Dağlı həbsdən çıxıb?

Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Dağlının guya həbsdən çıxması ilə bağlı sosial şəbəkələrdə video görüntülər paylaşılıb.

Day.Az Axar.Az-a istinadən xəbər verir ki, paylaşım şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaradıb.

Rəylərdən xeyli sayda inandığı görünür. Ancaq sonradan bəlli olub ki, bu köhnə videodur, məlumat tamamilə yalandır.