DÇ-2026: Azərbaycan öz meydançasında İslandiyaya məğlub oldu
22:55
DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan - İslandiya matçı başa çatıb.
Day.Az xəbər verir ki, qarşılaşmada İslandiya meydandan qalib ayrlııb. Oyun 2:0 hesabı ilə bitib.
Azərbaycan millisi 5 oyundan sonra D qrupunda 1 xal toplayıb və sonuncu yerdədir. İslandiya millisinin 7 xalı var.
22:02
DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan - İslandiya matçında ikinci hissə start götürüb.
Day.Az xəbər verir ki, birinci hissə qonaqların 2:0 hesablı üstünlüyü ilə bitib.
21:45
DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan - İslandiya matçının ilk yarısı bitib.
Day.Az xəbər verir ki, birinci hissə qonaqların 2:0-lıq üstünlüyü ilə qurtarıb.
21:41
İslandiya millisi Bakıda Azərbaycan komandasının qapısından ikinci qolu keçirib.
Day.Az xəbər verir ki, bunu 39-cu dəqiqədə İnqason edib.
21:21
Azərbaycan - İslandiya matçında hesab açılıb.
Day.Az xəbər verir ki, Qidmundsson 20-ci dəqiqədə meydan sahiblərini mərkəzə dəvət edib.
21:00
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Azərbaycan-İslandiya oyunu başlayıb.
Day.Az xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüş saat 21:00-da start götürüb.
Qarşılaşmanı Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре