Azərbaycanda yeni məktəblər istifadəyə veriləcək

Azərbaycanda yeni məktəb binalarının inşasına başlanılır və yaxın müddətdə bir sıra təhsil müəssisələri istifadəyə veriləcək.

Day.Az-ın məlumatına görə, İqtisadiyyat.az bu barədə Elm və Təhsil Nazirliyindən bilgi əldə edib.

Məlumata əsasən, ölkə üzrə 2 məktəbəqədər təhsil müəssisəsi və 17 tam orta məktəb binası tikiləcək, həmçinin 2 modul tipli tam orta məktəb binasının quraşdırılması planlaşdırılır.

Nazirliyin sifarişi ilə bu təhsil müəssisələrinin tikinti və quraşdırılması üçün layihə-smeta sənədlərini "Design Project" şirkəti hazırlayacaq. Bunun üçün 2,5 milyon manatlıq müqavilə bağlanıb.

Tikilməsi nəzərdə tutulan təhsil ocaqları aşağıdakılardır:

Körpələr evi-uşaq bağçaları:

  • Xızı rayonu, Giləzi qəsəbəsi - 40 yerlik

  • Xızı rayonu, Yeni Yaşma kəndi - 40 yerlik

Modul tipli məktəblər:

  • Qusar rayonu, Qaratoba kəndi - 90 şagird yerlik

  • Qusar rayonu, Həzrə kəndi - 90 şagird yerlik

Tam orta məktəblər:

  • Sumqayıt şəhəri, Nizami Gəncəvi adına 1152 şagird yerlik texniki və təbiət elmləri liseyi

  • Sumqayıt şəhər 27 nömrəli 1416 şagird yerlik məktəb

  • Xaçmaz rayonu, Hacəlibəy kəndi - 360 şagird yerlik

  • Qəbələ rayonu, Dızaxlı kəndi - 360 şagird yerlik

  • Qusar rayonu, Yasab kəndi - 264 şagird yerlik

  • Qusar rayonu, İmamqulukənd kəndi - 432 şagird yerlik

  • Ağdam rayonu, Hafiz Əsgərov adına Quzanlı qəsəbəsi - 720 şagird yerlik

  • Masallı rayonu, Xırmandalı kəndi, X.Məmmədov adına - 792 şagird yerlik

  • Xızı rayonu, N.Allahverdiyev adına Sitalçay kəndi - 180 şagird yerlik

  • Gəncə şəhəri, 42 nömrəli məktəb - 360 şagird yerlik

  • Ucar rayonu, Qaracallı kəndi, 2 nömrəli - 432 şagird yerlik

  • Tovuz rayonu, Hunanlar (Girzan) kəndi, H.Cəfərov adına - 264 şagird yerlik

  • Sabirabad rayonu, Yolçubəyli kəndi - 528 şagird yerlik

  • Bərdə şəhəri, 1 nömrəli məktəb - 528 şagird yerlik

  • Ağcabədi rayonu, Hacıbədəlli kəndi - 624 şagird yerlik

  • Hacıqabul şəhəri, V.Quliyev adına 6 nömrəli - 432 şagird yerlik

  • Beyləqan rayonu, Ramiz Abbasov adına 4 nömrəli - 432 şagird yerlik