https://news.day.az/azerinews/1795395.html Kivini qabığını soymadan yeyin! Sosial mediada "Dr. GI Joe" kimi tanınan qastroenteroloq Cozef Səlhab dünyanın ən faydalı meyvələrindən biri olan kivinin yanlış istehlakı ilə bağlı xəbərdarlıq edib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bir çox insan kivinin qabığını soyaraq onun ən dəyərli hissəsini itirir. "Kivini qabığı ilə yeyin.

Kivini qabığını soymadan yeyin!

Azərbaycanca, 15 ноября 2025 04:14 (UTC +04:00) 415
Kivini qabığını soymadan yeyin!

Sosial mediada "Dr. GI Joe" kimi tanınan qastroenteroloq Cozef Səlhab dünyanın ən faydalı meyvələrindən biri olan kivinin yanlış istehlakı ilə bağlı xəbərdarlıq edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bir çox insan kivinin qabığını soyaraq onun ən dəyərli hissəsini itirir. "Kivini qabığı ilə yeyin. Qabığında C və E vitaminləri, maqnezium, fol turşusu və B6 vitamini var. Onu soymaqla təxminən 50 faiz lif itirirsiniz," - deyə o bildirib.

Həkim əlavə edib ki, kivini qabığı ilə yemək bağırsaq sağlamlığını gücləndirir, həzmi yaxşılaşdırır və ürək, qaraciyər fəaliyyətini dəstəkləyir. Həkim həmçinin bu meyvənin melatoninlə zəngin olduğunu, yatmazdan iki saat əvvəl bir-iki kivi yeməyin yuxu keyfiyyətini artırdığını vurğulayıb.

Mütəxəssis xəbərdarlıq edir: "Qabığını yeyən qalib gəlir - çünki faydanın yarısı məhz oradadır" .

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости