6-cı dəfə evlənən Erbilin sərvəti açıqlandı

Özündən 42 yaş kiçik Gülseren Ceylanla evlənməsi ilə gündəmdə olan məşhur şoumen Mehmet Ali Erbil maliyyə vəziyyəti ilə bağlı ilk dəfə danışıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 67 yaşlı Erbil yayılan şayiələrə son qoyaraq sərvətinin düşündükdən daha böyük olduğunu bildirib və keçmiş həyat yoldaşlarına verdiyi evlərin ümumi dəyərinin 10 milyon dollar olduğunu açıqlayıb:

"İndi yaşadığım ev 10 milyon dollar dəyərindədir. Həyat yoldaşlarıma verdiyim evlər də 10 milyon dollardır" .

Erbil özü və ailəsi üçün kifayət qədər sərvəti olduğunu vurğulayıb:

"Heç vaxt işləməsəm belə, özüm, uşaqlarım və nəvələrim üçün hər şey təmin olunub. 17 yaşlı uşağım xaricdə təhsil alacaq, bunun üçün də əvvəlcədən investisiya etmişəm."