Zəhərli maddə ilə hazırlanan türk qəhvəsi faciəyə səbəb oldu - ŞOK DETALLAR - FOTO
Türkiyənin İstanbul şəhərindəki kafelərdən birində türk qəhvəsi içən Aybən Özçilingir Turturanın vəziyyəti ağırlaşıb.
Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya aparılan 26 yaşlı mühəndisin sodyum hidroksit tərkibli sənaye maddəsi ilə zəhərləndiyi məlum olub. Bu maddə qızın boğazında, nəfəs borusunda və mədəsində ciddi yanıqlar yaradıb. O, reanimasiyaya yerləşdirilərək suni nəfəs aparatına qoşulub.
Polisin araşdırmasına görə, kafenin sahibi bəzi şüşələrə sənaye tipi qab-yuma maddəsi doldurub. Qəhvəni hazırlayan işçi isə bunu bilməyərək qəhvəni su əvəzinə həmin maddə ilə hazırlayıb.
Hadisədən sonra kafe bağlanıb, iki nəfər saxlanılıb. Gənc qadının vəziyyəti ağır olaraq qalır.
Elxan
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре