Şuşada 7 yeni yaşayış binası inşa ediləcək – 36,7 milyon manatlıq layihə
Azərbaycanın azad edilmiş digər ərazilərində olduğu kimi Şuşa şəhərində də bərpa, yenidənqurma və quruculuq işləri davam etdirilir.
Day.Az xəbər verir ki, Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bu işlərin davamı kimi Şuşa şəhərində D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işləri aparılacaq.
Məlumata əsasən, eyni zamanda ərazinin abadlaşdırlması işləri də həyata keçiriləcək.
Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi artıq bununla bağlı müvafiq işlərə start verib.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum görüləcək işlərin 36,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре