Faciəvi şəkildə ölən Emil hərbi xidmətdən yeni gəlibmiş

Xəbər verdiyimiz kimi, Bakıda 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov elektrik cərəyanı vurması nəticəsində həlak olublar.

Day.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, ölənlərdən biri - Emil Quliyev Hacıqabul rayonunun Axtaçı-Şirvan kəndindəndir.

Bir müddət öncə hərbi xidmətini başa vuran Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib, Binəqədi rayonu Biləcəri qəsəbəsində "Lake Hotel" restoranına ofisiant kimi işə düzəlibmiş.