Vəfat edən yoldaşına görə müavinət təyin edildi, alanda ŞOKA DÜŞDÜ - VİDEO
Qadının almalı olduğu sosial müavinət, dünyasını dəyişmiş ərinin birinci həyat yoldaşının hesabına köçürülüb.
Day.Az xəbər verir ki, Ordubadda yaşayan Gülnar Əsgərova deyir ki, yoldaşı rəhmətə gedəndən sonra - 2023-cü ildə azyaşlı qızı ilə ona sosial müavinət təyin edilib. Hesabında pul görünsə də, 6 ay sonra kartından pul çıxarmaq istəyəndə həmin məbləğin orda olmadığını görüb. Gülnar Əsgərova iddia edir ki, onun adına təyin olunan müavinət Ədliyyə Nazirliyinin sistemindəki xəta səbəbindən səhvən ərinin 1-ci həyat yoldaşının adına olan bank kartına köçürülüb.
O iddia edir ki, müəyyən cəhdlərdən sonra həmin 2 min manatın bir qismini geri qaytara bilib. Ancaq məbləğın yarıdan çox hissəsini geri ala bilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре