Azərbaycanda İKT sahəsində insan kapitalının inkişafı prioritetdir

Azərbaycanda İKT sahəsində insan kapitalının formalaşdırılması dövlətin prioritet istiqamətlərindən biridir.

Day.Az xəbər verir ki, bu fikirləri bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədr müavini Rəşad Xalıqov "İKT Karyera Sərgisi 2025"də çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, ölkədə bu sahədə fəaliyyət göstərən insan kapitalının formalaşdırılması əsas məqsədlərdəndir.

"Bu sərgiyə 900-dən çox gənc müraciət edib. İRİA olaraq İKT sahəsində fəal göstərən gənclərin formalaşdırılmasında müxtəlif səpkidə proqramlar həyata keçiririk.10000-dən çox şəxsin beynəlxalq təcrübə keçməsinə, olimpiyadalarda təmsil olunmasına görə layihələr həyata keçirmişik".

R.Xalıqov qeyd edib ki, həmin layihələr insan kapitalı baxımından mühüm layihələrdir.

O, universitetlərlə İRİA-nın əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.