Sızanaqların yaranmasının gözlənilməz səbəbi açıqlandı
Stress sızanaq yarada bilər.
Day.Az Milli.Az-a istinadən bildirir ki, bunu kosmetoloq Liliana Raditsa bildirib. Onun sözlərinə görə, stress zamanı kortizol səviyyəsi artır və bu, dəridəki hialuron turşusunu məhv edərək nəmlənmə və elastikliyi azaldır. Nəticədə dəri quru və həssas olur, sızanaqlar və iltihablı elementlər çoxalır.
"Stressi azaltmaq üçün gəzintiyə çıxmaq, səyahət planlamaq və spa-proqramlara qatılmaq faydalıdır. Xüsusi SOS-prosedurlar, məsələn, çobanyastığı, aloe vera, lavanda və ya kalendula ekstraktlı maskalar həm dərini, həm də sinir sistemini sakitləşdirir".
Raditsa bildirib ki, stres dövründə dərini yoran və ağrı verən prosedurlardan, məsələn, bəzi inyeksiya və aparat üsullarından, lazer və sərt pilinqlərdən uzaq durmaq lazımdır. Əvəzində ev şəraitində dəniz duzu ilə rahatladıcı vanna qəbul etmək, aromatik yağlardan istifadə etmək və mərhələli dəri qulluq rituallarına riayət etmək tövsiyə olunur.
Kosmetoloq vurğulayıb ki, düzgün qulluq və stressin azaldılması dərinin sağlamlığını qorumağın ən effektiv yoludur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре