Azərbaycanlılar İİV-ə harada yoluxur? - RƏSMİ AÇIQLAMA
Respublika üzrə İİV-ə yoluxmuş şəxslərin 26%-i Bakı şəhərində qeydiyyata alınıb. Sumqayıt, Şirvan, Hacıqabul, Gəncə və bir sıra digər rayonlarda da İİV-ə yoluxmuş şəxslərin qeydə alındığı ərazilər mövcuddur.
Day.Az xəbər verir ki, bunu bu gün Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfrans çərçivəsində QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hansı regionda İİV-lə bağlı dəyişikliklər müşahidə olunursa, həmin ərazilərdə profilaktik proqramlar daha da gücləndirilir və bu istiqamətdə daha intensiv işlər aparılır.
"Bütün dünyada İİV infeksiyasına yoluxmada ən həssas yaş qrupu 25-49 yaş aralığıdır. Bu dövr həm reproduktiv, həm də daha çox miqrasiya fəaliyyəti ilə əlaqədar aktiv yaş dövrüdür. Ölkəmizdə İİV-ə yoluxan şəxslərin təxminən 30%-i isə xarici ölkələrdə yoluxub", - deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре