Su ilə bağlı ŞAD XƏBƏR
Bakı şəhərinin Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonu və Xırdalan şəhərinə suyun ünvanlar üzrə verilməsi əvvəlki rejim üzrə həyata keçirilir.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA-dan bildirilib.
Qeyd edilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Bakı şəhərinin Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonu və Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilməsi səbəbindən suyun verilişində yaranan fasilələrlə bağlı işlər deyilən tarixdə yekunlaşdırılıb və suyun ünvanlar üzrə verilməsi əvvəlki rejim üzrə həyata keçirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре