Bu rayonlar Sumqayıta və Gəncəyə birləşdirilə bilər - DETALLAR
Azərbaycanda kiçik rayonların böyük rayonlara birləşdirilməsi məsələsi gündəmə gəlib. Buna səbəb kimi bəzi rayonlarda əhalinin sayının az olması, sosial xidmətlərin və infrastruktur layihələrinin icrasını çətinləşdirməsi göstərilir.
Mütəxəssislər bildirirlər ki, Siyəzən rayonunun Sumqayıt şəhəri ilə, Daşkəsən rayonunun Gəncə şəhəri ilə, Oğuz rayonunun Qəbələ və Şəki ilə, Xızı rayonunun isə Şabran və ya Quba rayonları ilə birləşdirilməsi barədə təkliflər səsləndirilir.
Təklifə əsasən, belə birləşdirilmə idarəetməni asanlaşdıra, büdcə xərclərini azalda və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını artıra bilər.
Day.Az xəbər verir ki, millət vəkili Tahir Rzayevin sözlərinə görə, hansı rayon öz maliyyə bazasını yarada bilmir, onun ətraf rayonlarla birləşdirilməsi məqsədəuyğun ola bilər.
"Hazırda Azərbaycanda 62 kənd-rayonu var və bir çoxunun əhalisi 15-20 mindən aşağıdır. Gələcəkdə əhalisi az və iqtisadiyyatı zəif olan rayonların daha güclü iqtisadiyyatı olan rayonlarla birləşdirilməsi məqsədəuyğun yanaşma ola bilər. Əgər proses başlayarsa, işlər mərhələli şəkildə aparılmalı, əhali isə əvvəlcədən məlumatlandırılmalıdır".
Millət vəkili Azər Badamov isə deyib ki, rayonların birləşdirilməsi üçün mütləq şəkildə qanun layihəsi qəbul edilməli və müvafiq islahatlar aparılmalıdır.
Elxan Əliyev
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре