Nəriman Həsənzadənin vəziyyəti ağırdır

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.

Məlumata görə, şairin reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir:

"Xronik böyrək çatmamazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru növbəti dəfə icra oluna bilər. Vəziyyəti ağır stabil olaraq qiymətləndirilir".