Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələr müzakirə edilib

23:48

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Deyvid van Vil ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Görüşdə, Azərbaycan-Niderland arasında bir sıra istiqamətlərdə, energetika, yaşıl enerji, ticarət, nəqliyyat bə digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.

İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə yüksək səviyyəli təmasların, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.

Qarşı tərəf ölkəmizin geniş regionda oynadığı rol, post-münaqişə dövründə və Vaşinqton sammitindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar barədə məlumatlandırılıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

xxx

16:33

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası toplantısı çərçivəsində Niderland Krallığının xarici işlər, sığınacaq və miqrasiya naziri David Van Veel ilə görüş ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb, bu mexanizm vasitəsilə ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində əlaqələr və qarşılıqlı səfərlər müzakirə edilib.