Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək - RƏSMİ
Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ bu gün Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər.
Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре