https://news.day.az/azerinews/1800543.html
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Day.Az-ə bildirilib ki, keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, "Hovo" markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, "Shacman" markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре