Azərbaycan əhalisinin gəlirləri 8%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri 80,7 milyard manat olub.

Day.Az xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici nominal ifadədə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb.

Bundan başqa, 2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.