https://news.day.az/azerinews/1802088.html Bakıda məşhur bazar niyə sökülür? - DETALLAR - VİDEO Bakıda "Təkər aləmi" kimi tanınan bazar sökülür. Day.Az Xəzər TV-yə istinadla xəbər verir ki, uzun illərdir burada çalışan sahibkarlar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıblar. Onların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib.

Bakıda məşhur bazar niyə sökülür? - DETALLAR - VİDEO

Azərbaycanca, 13 декабря 2025 09:42 (UTC +04:00) 361
Bakıda məşhur bazar niyə sökülür?

Bakıda "Təkər aləmi" kimi tanınan bazar sökülür.

Day.Az Xəzər TV-yə istinadla xəbər verir ki, uzun illərdir burada çalışan sahibkarlar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıblar.

Onların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib.

Kompensasiya məsələsinə gəlincə qeyd olunub ki, obyektlərin müvəqqəti əraziyə köçürülməsi həyata keçirildiyi üçün onlar arasında hələ ki narazılıq yoxdur.

Sahibkarların məlumatına görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Onlara istədikləri təqdirdə tikinti başa çatdıqdan sonra həmin obyektdə fəaliyyət göstərə biləcəkləri deyilib.

Ərazi özəl mülkiyyətdədir. Lakin bazar rəhbərliyindən kamera qarşısında danışmaq istəyən kimsə olmadı. Sahibkarlar ümid edirlər ki, onlara deyilənlər vəd olaraq qalmayacaq, yəni bazarın yerində tikiləcək yeni obyektlərdə fəaliyyət göstərmələri üçün şərait yaradılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости