Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edilib

Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrinin döyüş bayraqlarında artıq "Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 saylı hərbi hissə" ifadəsi yer alacaq.

Buradakı "0000" hərbi hissənin nömrəsini göstərir.

Fərmanla döyüş bayraqlarının təsvirinə yeni bir şəkil də əlavə olunub.