ABŞ Karib dənizi üzərindən uçuşlara qoyulan məhdudiyyəti aradan qaldırıb

ABŞ Karib dənizi üzərindən uçuşlara qoyulmuş məhdudiyyəti ləğv edib.

Day.Az xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Şon Daffi X sosial şəbəkəsində paylaşım edib.

 

Məlumata görə, ABŞ aviaşirkətləri üçün Venesuelada aparılan əməliyyatlarla bağlı Karib dənizi üzərində hava məkanına tətbiq olunan məhdudiyyətlər artıq aradan qaldırılıb.