Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini də ziyarət edib

Maskata səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini də ziyarət edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir. Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.