İrandakı hadisələr daşımalara təsir edib? - RƏSMİ MƏLUMAT
İranda başlayan qarşıdurmalar Azərbaycandan bu ölkəyə dəmir yolu ilə daşımalara təsir etməyib.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Qeyd edilib ki, Şimal-Cənub dəhlizi üzrə İran istiqamətində yük daşımaları davam etdirilir:
"Ötən il Şimal-Cənub dəhlizi ilə 665 min ton yük daşınıb. Astara Terminalında 13 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə təqribən 65 faiz çoxdur".
Qeyd edək ki, 2025-ci ili dekabrın 28-dən İranda milli valyutanın kəskin dəyər itirməsi fonunda ölkədə etiraz dalğası başlayıb. Bu kütləvi etiraz dalğası iki həftədən çoxdur ki, ölkəni cənginə alıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре