Xanımı maşını park edə bilmədi, kömək əvəzinə, eyvandan ÇƏKDİ - VİDEO
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub. Belə ki, bir kişi evlərinin qarşısında avtomobili park etməkdə çətinlik çəkən həyat yoldaşını balkondan mobil telefonla lentə alaraq paylaşım edib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, görüntülərdə qadının maşını park etməyə çalışdığı, bu zaman isə ərinin ona kömək etmək əvəzinə prosesi videoya çəkdiyi görünür. Tıxac yarandığı və sürücülərin qadına qarşı aqressiyasının yer aldığı sözügedən kadrlar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və çoxsaylı reaksiyalar doğurub.
İzləyicilərin əksəriyyəti kişinin davranışını tənqid edərək, onun bu vəziyyətdə həyat yoldaşına dəstək olmalı olduğunu bildirib. "Çəkməkdənsə kömək etsəydi daha yaxşı olardı", "Ailədə belə davranış doğru deyil" kimi rəylər paylaşımların altında tez-tez səsləndirilib.
Bəzi istifadəçilər isə hadisəni zarafat kimi qiymətləndirsə də, ümumi rəy kişinin hərəkətinin doğru olmadığı yönündə olub. Video hazırda da sosial mediada aktiv şəkildə müzakirə olunmaqdadır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре