https://news.day.az/azerinews/1813990.html
Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılının ümumi həcmi açıqlandı
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 20 099.88 ton taxıl göndərilib. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılının ümumi həcmi açıqlandı
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 20 099.88 ton taxıl göndərilib.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilir ki, sonuncu dəfə fevralın 1-i Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl yüklü vaqonlar göndərilib. Həmin vaqonlarda ümumi çəkisi 1 746 ton taxıl olub.
ADY-dən əlavə edilib ki, indiyədək göndərilən taxıl yüklü vaqonların 5577.2 tonu ötən il, 14 942.38 tonu isə bu il Azərbaycandan Ermənistana yola salınıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре