https://news.day.az/azerinews/1814145.html Dünənki havaya görə bir nəfər öldü Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Mərkəzdən məlumat verilib. Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

Dünənki havaya görə bir nəfər öldü

Azərbaycanca, 5 февраля 2026 10:34 (UTC +04:00) 349
Dünənki havaya görə bir nəfər öldü

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Mərkəzdən məlumat verilib. 

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости