https://news.day.az/azerinews/1814598.html Güllələnən müəllimin vəziyyəti AÇIQLANDI Ötən gün səhər saatlarında "İdrak" liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın vəziyyəti açıqlanıb. Bu barədə Day.Az-a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Güllələnən müəllimin vəziyyəti AÇIQLANDI

Azərbaycanca, 7 февраля 2026 12:47 (UTC +04:00) 372
Güllələnən müəllimin vəziyyəti

Ötən gün səhər saatlarında "İdrak" liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın vəziyyəti açıqlanıb. 

Bu barədə Day.Az-a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. 

Bildirilib ki, onun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açaraq onu yaralayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости