Dərnəgül dəmir yolu stansiyasında tikinti nə vaxt yekunlanacaq?

Dərnəgül dəmir yolu stansiyasında Tikinti işlərinin 62 faizi yekunlaşıb.

Bu barədə  Day.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə Bakı-Xırdalan-Sumqayıt xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulub. Azərbaycan Dəmir Yolları bu istiqamətdə Dövlət Proqramından irəli gələn məsələlərin icrası üçün müvafiq işlər görür, o cümlədən yeni dayanacaqların istismara verilməsi imkanlarını nəzərdən keçirir.

O cümlədən sərnişindaşıma xidmətini daha da təkmilləşdirmək məqsədilə Dərnəgül stansiyasında tikinti işləri sürətlə davam etdirilir.

Hazırda 2 ədəd turniket binası, 1 ədəd piyada üst keçidi, 4 ədəd platformanın inşası aparılır. Stansiya ərazisindəki binalarda bünövrənin dəmir-beton işləri yekunlaşıb.

Tikinti işlərinin bu ilin ilk rübü ərzində başa çatdırılması nəzərdə tutulur.

Elvin Səxavətoğlu
Day.Az