https://news.day.az/azerinews/1815073.html Onların pensiya kapitalı 2800 manat artacaq Yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək  qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılıb. Yəni Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq.

Onların pensiya kapitalı 2800 manat artacaq

Azərbaycanca, 10 февраля 2026 10:42 (UTC +04:00) 306
Onların pensiya kapitalı 2800 manat artacaq

Yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək  qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılıb.  Yəni Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 10-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu da pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirilmə yolu ilə artması deməkdir:

"Məqsədimiz yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir".

Nazir müavini həmçinin bildirib ki, artımlar avtomatik qaydada olacaq:

"Pensiyaçının hər hansı sənəd hazırlamasına, hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости