Yazı səyahətlə qarşılayın

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz və Ramazan bayramları ilə bağlı geniş istiqamət seçimi və çevik uçuş cədvəli təklif edir.

Day.Az xəbər verir ki, bu, həm qısa həftəsonu səfərləri, həm də uzunmüddətli tətil üçün uyğun variant seçimini asanlaşdırır. Aviaşirkətin marşrut şəbəkəsi Asiya, Yaxın Şərq və Avropa şəhərlərini əhatə edir və bayram günləri ərəfəsində, eləcə də tətil günlərində AZAL minlərlə beynəlxalq reys yerinə yetirəcək.

Yazda ən çox haraya səyahət edilir?

Bayram günlərində xüsusilə Yaxın Şərq istiqamətləri və kurort marşrutlarına maraq artır. Dubay ən çox üstünlük verilən şəhərlərdən biridir. Artan tələbatı nəzərə alan AZAL bu marşrut üzrə uçuş proqramını genişləndirib və əlavə reyslər təyin edib.

Yumşaq iqlimdə dincəlmək istəyənlər üçün AZAL regionun ən məşhur kurortlarından biri olan Şarm-əl-Şeyxə reyslər həyata keçirir. Bayram günlərini dəniz sahilində keçirməyi üstün tutan sərnişinlər üçün isə Maleyə uçuşlar mövcuddur. Bu istiqamət xüsusilə səfərlərini əvvəlcədən planlaşdıran sərnişinlər arasında populyarlığını qoruyur. Yaz tətili dövründə mülayim havası və zəngin turistik imkanları ilə seçilən Tel-Əviv də ən çox üstünlük verilən şəhərlər sırasındadır.

Türkiyə: istənilən səyahət planına uyğun istiqamətlər

Mart tətili dövründə Türkiyə AZAL-ın marşrut şəbəkəsində mühüm yer tutur. İstanbul yüksək uçuş tezliyi ilə ən çox seçilən istiqamətlərdən biridir. Bununla yanaşı, sərnişinlər Ankara, İzmir, Antalya və Trabzona da səfər edə bilərlər. Bu şəhərlər həm işgüzar səfərlər, həm də mədəni və istirahət məqsədli səyahətlər üçün əlverişlidir.

Avropa: yaz şəhərlərini sevənlər üçün

AZAL-ın yaz uçuş cədvəlində Praqa, Vyana, Milan, Barselona, Berlin, Paris və London istiqamətləri də yer alır. Bu şəhərlər daha çox tarixi-mədəni səfərlərə üstünlük verən və səyahətlərini əvvəlcədən planlaşdıran sərnişinlərin seçimidir. Praqa və Vyanaya əlavə reyslərin təyin olunması isə bayram dövründə uçuş proqramını daha da genişləndirir.

Mərkəzi Asiya: bayram ab-havasında səyahət

Yaz bayramları Mərkəzi Asiyaya səfərlər üçün xüsusilə münasib vaxt sayılır. Bu regionda Novruz və Ramazan dərin mədəni ənənələrlə bağlıdır. AZAL-ın Daşkənd, Səmərqənd, Ürgənc, Düşənbə və Bişkek istiqamətləri sərnişinlərə tarixi şəhərlər və zəngin mədəni irslə yaxından tanış olmağa şərait yaradır.

Şərqi Asiyaya səyahət

Bayram dövründə səyahət planlayan sərnişinlər üçün AZAL-ın Pekin şəhərinə reysləri mövcuddur. Bu istiqamət Çinin zəngin tarixi və Şərqi Asiyanın müasir ab-havası ilə tanışlıq üçün cəlbedici seçimdir.

Əlavə uçuşlar və ən çox tələbat olan istiqamətlər

 

Bayram mövsümündə artan tələbat fonunda AZAL 20-30 mart tarixlərində 14 əlavə reys həyata keçirəcək:

• Dubaya 6 əlavə reys

• Tbilisiyə 6 əlavə reys

• Praqaya 1 əlavə reys

• Vyanaya 1 əlavə reys

18-30 mart tarixlərində AZAL-ın ən çox uçuş yerinə yetirdiyi istiqamətlər:

• Tbilisi

• Moskva

• İstanbul

• Dubay

• Tel-Əviv

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün AZAL-ın rəsmi veb-saytına və mobil tətbiqinə daxil ola, həmçinin aviaşirkətin kassalarına və akkreditə olunmuş agentliklərinə müraciət edə bilərsiniz.