Nəticələr ciddi olacaq - Tramp İrana xəbərdarlıq etdi
Stiven Uitkoff və Cared Kuşner İran tərəfi ilə bir neçə çox yaxşı görüş keçiriblər.
Day.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının ilk iclasında çıxışı zamanı bildirib.
"Biz həqiqətən əhəmiyyətli bir razılaşma əldə etməliyik. Əks halda nəticələr ciddi olacaq. Ola bilsin ki, daha irəli getməli olaq, ola da bilər ki, yox", - deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, razılaşmanın əldə olunması istisna edilmir.
"Yəqin ki, yaxın on gün ərzində bununla bağlı məlumat əldə edəcəksiniz. İran istiqamətində hələ müəyyən işlər görülməlidir. İrana nüvə silahına sahib olmağa icazə verilə bilməz. Bu, açıq şəkildə bəyan edilib", - deyə ABŞ Prezidenti vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре