Bələdiyyə sənədi ilə çıxarışı belə ala bilərsiniz - QAYDALAR
Məlumdur ki, Bakıda 500 mindən çox sənədsiz ev var. Bu il yüzminlərlə sənədsiz evə "kupça" veriləcəyi bildirilir.
Əsas müzakirə mövzularından biri Bələdiyyə sənədi ilə "kupça"nın alınmasının mümkünlüyü ilə bağlıdır.
Day.Az məsələni araşdırıb.
Bələdiyyə sənədi ilə də çıxarış almaq mümkündür.
Bunun 3 yolu var:
1. Həmin torpaq əmlak məsələləri Dövlət Xidmətinin hərracında keçirilməlidir. Belə olduqda torpaq üçün çıxarış alınır və siz notarial qaydada alqı-satqı etdikdən sonra həmin çıxarışı adınıza rəsmiləşdirə bilərsiniz.
2. Əgər həmin torpaqda 5 ildən artıq müddətdə qeydiyyatınız varsa, hərraca ehtiyac yoxdur. Bu halda torpaq sahəsi üzərində bələdiyyə mülkiyyəti tanındıqdan sonra alqı-satqı etməklə çıxarış ala bilərsiniz.
3. Əgər bələdiyyə torpağını sizə 2000-ci ildən 2017-ci ilədək (1 dekabr tarixinə kimi) satıbsa və alqı-satqı aktı, plan, möhür, cizgi ilə yanaşı rayon qeydiyyat şöbəsinin rəhbərinin möhürü və imzası varsa, bu halda da müraciət edərək çıxarış ala bilərsiniz.
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре