İrandan Azərbaycana təxliyə davam edir - FOTO - VİDEO - YENİLƏNİB
20:08
İrandan Azərbaycana təxliyə davam edir.
Day.Az xəbər verir ki, Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşları, xarici ölkələrin İrandakı səfirliklərin əməkdaşları, diplomatlar və s. təxliyə olunurlar.
Azərbaycan aidiyyatı dövlət qurumları təxliyə üçün lazım olan zəruri tədbirləri davam etdirir.
Vətəndaşların təhlükəsiz şəkildə daşınması məqsədilə xüsusi avtobuslar ayrılıb, həmçinin ərazidə təcili tibbi yardım briqadaları cəlb olunub və digər operativ xidmətlər hazır vəziyyətə gətirilib.
15:02
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.
Day.Az xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.
İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре