https://news.day.az/azerinews/1820010.html Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilib Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilib. Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilib

Azərbaycanca, 4 марта 2026 18:23 (UTC +04:00) 288
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan ölkəmizə ekstradisiya edilib.

Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

 

Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.
R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости