Dubayda xəsarət alan Azərbaycan vətəndaşı xəstəxanadan buraxılıb

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, konsulluq vətəndaşı və ailə üzvünü hava limanına yola salıb. Onun bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.