Xəzərə təmiz su axacaq - Bakıda nəhəng layihə başlandı
"Müşviqabad kollektoru" layihəsi nəticəsində Xırdalan şəhəri ilə yanaşı, Masazır, Aşağı Güzdək, 28 May və Müşviq qəsəbələri daxil olmaqla ümumilikdə bir neçə yaşayış məntəqəsinin kanalizasiya və tullantı sularının idarə olunması təmin ediləcək.
Day.Az xəbər verir ki, bu fikirləri bu gün Müşfiqabad hövzəsi üzrə görülən işlər barədə açıqlama verərkən Tikilməkdə Olan Obyektlərin Müdriyyəti" publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev deyib.
"Bakı şəhəri üzrə daha yeddi kollektor xəttinin tikintisi davam etdirilir. Paralel olaraq iki su təmizləyici qurğunun və üç nasos stansiyasının inşası da həyata keçirilir".
İ.Rzayev qeyd edib ki, layihə ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır.
"Belə ki, təmizləyici qurğudan çıxan su tam təmizlənmiş halda Xəzər dənizinə yönləndiriləcək və hətta suvarma məqsədləri üçün istifadə oluna biləcək".
Qeyd edək ki, layihə üzrə 22 şaxta mövcuddur. Bunlardan 11-i giriş, 11-i çıxış məqsədlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре