https://news.day.az/azerinews/1823943.html Azərbaycan taekvondoçuları “Belgian Open”də 6 medal qazanıblar - FOTO Belçikanın Lommel şəhərində martın 21-22-də taekvondo üzrə "Belgian Open" beynəlxalq turniri keçirilib. Day.Az xəbər verir ki, yarışın ilk günündə gənc idmançılar mübarizəyə qoşulub və Azərbaycan komandası 1 qızıl, 4 bürünc medal qazanıb.

Azərbaycan taekvondoçuları “Belgian Open”də 6 medal qazanıblar - FOTO

Azərbaycanca, 23 марта 2026 19:40 (UTC +04:00) 639
Azərbaycan taekvondoçuları “Belgian Open”də 6 medal qazanıblar

Belçikanın Lommel şəhərində martın 21-22-də taekvondo üzrə "Belgian Open" beynəlxalq turniri keçirilib.

Day.Az xəbər verir ki, yarışın ilk günündə gənc idmançılar mübarizəyə qoşulub və Azərbaycan komandası 1 qızıl, 4 bürünc medal qazanıb.

49 kiloqram çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) isə turniri bürünc medalla başa vurublar.

Martın 22-də böyüklər arasında keçirilən yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov (63 kq) da bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Azərbaycandan hakim kimi iştirak edib.

  • Azərbaycan taekvondoçuları “Belgian Open”də 6 medal qazanıblar

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости