https://news.day.az/azerinews/1823982.html ABŞ “TotalEnergies” şirkətinə yüksək təzminat ödəyəcək Donald Trump administrasiyası Fransanın TotalEnergies şirkətinə ABŞ-nin şərq sahillərində planlaşdırılan dəniz külək elektrik stansiyası layihələrindən imtina etməsi üçün təxminən 1 milyard dollar ödəməyə razılaşıb. Bu barədə Day.Az "The Independent" nəşrinə istinadən xəbər verir.

ABŞ “TotalEnergies” şirkətinə yüksək təzminat ödəyəcək

Azərbaycanca, 24 марта 2026 09:46 (UTC +04:00) 313
ABŞ “TotalEnergies” şirkətinə yüksək təzminat ödəyəcək

Donald Trump administrasiyası Fransanın TotalEnergies şirkətinə ABŞ-nin şərq sahillərində planlaşdırılan dəniz külək elektrik stansiyası layihələrindən imtina etməsi üçün təxminən 1 milyard dollar ödəməyə razılaşıb.

Bu barədə Day.Az "The Independent" nəşrinə istinadən xəbər verir.

ABŞ-nin Daxili İşlər Nazirliyi bildirib ki, əvvəlki administrasiya dövründə əldə edilmiş lisenziyalar üçün şirkətin xərclədiyi 928 milyon dollar geri ödəniləcək. Bu layihələr Nyu-York və Şimali Karolina sahilləri yaxınlığında planlaşdırılmışdı.

 

Əvəzində "TotalEnergies" eyni həcmdə investisiyanı ABŞ-da neft və təbii qaz hasilatına yönəldəcək. Bu, Texas ştatındakı "Rio Grande LNG" layihəsində iştirak və Meksika körfəzində, həmçinin şist yataqlarında hasilatın artırılmasını əhatə edir. Rəsmilər bu addımı daha etibarlı hesab etdikləri enerji mənbələrinə keçid kimi qiymətləndirirlər.

ABŞ-nin Daxili İşlər naziri Daq Burqam dəniz külək enerjisini bahalı, etibarsız və subsidiyalardan asılı sahə kimi tənqid edib. Qərar hüquqi mübahisələr fonunda qəbul olunub; belə ki, federal məhkəmələr daha əvvəl külək layihələrinin dayandırılması cəhdlərinə qarşı çıxmışdı. "TotalEnergies"in baş direktoru Patrik Pouyanne isə bildirib ki, şirkət lisenziya xərclərinin geri ödənilməsi müqabilində ABŞ-də dəniz külək enerjisi layihələrindən imtina etməyə razılaşıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости