https://news.day.az/azerinews/1824110.html Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb Bu ilin fevral ayında Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) vasitəsilə Türkiyə ərazisindən 14,818 milyon barel neft nəql olunub. Day.Az xəbər verir ki, bu barədə Trend BOTAŞ şirkətinə istinadən xəbər verir. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin fevral ayında bu göstərici 16,047 milyon barel təşkil edib.

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb

Azərbaycanca, 25 марта 2026 09:36 (UTC +04:00) 363
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb

Bu ilin fevral ayında Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) vasitəsilə Türkiyə ərazisindən 14,818 milyon barel neft nəql olunub.

Day.Az xəbər verir ki, bu barədə Trend BOTAŞ şirkətinə istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin fevral ayında bu göstərici 16,047 milyon barel təşkil edib. Beləcə nəqlin həcmi təxminən 7,7% azalıb.

2026-cı ilin yanvar-fevral aylarında BTC vasitəsilə Türkiyə ərazisindən ümumilikdə 30,943 milyon barel neft nəql olunub.

Xatırladaq ki, 2025-ci ildə BTC ilə Türkiyə ərazisindən 206,434 milyon barel neft nəql edilib.

Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barel olub. Beləliklə, nəqlin həcmi 7,9% azalıb.

Qeyd edək ki, BTC Co. şirkətinin səhmdarları aşağıdakılardır:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости