https://news.day.az/azerinews/1827107.html Fransada müdafiə sənayesini təmin edən enerji obyektlərində yanğın BAŞ VERİB Fransanın mərkəzində yerləşən Şer departamentində müdafiə sənayesi ilə əlaqəli enerji obyektlərində bir neçə yanğın hadisəsi baş verib. Day.Az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, La Şapel-Sen-Ursen kommunasında bir-birinə yaxın məsafədə yerləşən iki transformator səhər saatlarında yanıb.

Fransada müdafiə sənayesini təmin edən enerji obyektlərində yanğın BAŞ VERİB

Azərbaycanca, 10 апреля 2026 17:13 (UTC +04:00) 369
Fransada müdafiə sənayesini təmin edən enerji obyektlərində yanğın

Fransanın mərkəzində yerləşən Şer departamentində müdafiə sənayesi ilə əlaqəli enerji obyektlərində bir neçə yanğın hadisəsi baş verib.

Day.Az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, La Şapel-Sen-Ursen kommunasında bir-birinə yaxın məsafədə yerləşən iki transformator səhər saatlarında yanıb.

Bu obyektlər Fransa ordusuna silah tədarük edən KNDS və MBDA şirkətlərini elektrik enerjisi ilə təmin edirdi.

Hadisədən qısa müddət sonra Sen-Dulşar kommunasında elektrik xətti dirəyinin də yandırıldığı məlum olub. Polis hadisə yerində hasarın zədələndiyini və kabellərin sıradan çıxarıldığını müəyyən edib. İlkin istintaq sonradan işin strateji əhəmiyyəti nəzərə alınaraq Paris prokurorluğuna verilib.

Faktla bağlı terror ehtimalı da daxil olmaqla araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости